"Ramil Şeydayevi yalnız çempion olmaq üçün transfer etməmişik"

30 Yanvar 16:00 Sizdən Bizə 973
"Ramil Şeydayevi yalnız çempion olmaq üçün transfer etməmişik"

«Ramil Şeydayevlə bağladığımız müqavilənin müddəti ilyarımdır, amma bu, kimsəni təəccübləndirməməlidir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kocaelispor»un prezidenti Engin Koyun deyib.

O, bugünlərdə komandanın sıralarına qatdıqları «Qarabağ»ın sabiq hücumçusuna böyük ümidlər bəslədiklərini bildirib.

TFF I Liqada mübarizə aparan Körfəz təmsilçisinin rəhbəri millimizin forvardının Türkiyədə adından söz etdirəcəyinə əmin olduğunu söyləyib:

«Builki hədəfimiz çempionatı birinci yerdə başa vurmaq və Super Liqaya vəsiqə qazanmaqdır. Hazırda komandamızın işləri yaxşı gedir.

Çempionluq yarışında favorit sayılırıq. Türkiyədə kimdən soruşsaz, bunu deyəcək.

Ramil Şeydayevi yalnız çempion olmağımız üçün bura gətirməmişik. Ona yaxşı bələdik.

«Qarabağ»da və millidə vurduğu qolları görmüşük. Səviyyəsinə qətiyyən şübhəmiz yoxdur.

Ramil sadəcə Birinci Liqada bizə kömək etməyəcək. Super Liqada da onunla çoxlu işlər görəcəyik.

Türkiyədə belə bir hal var - Super Liqaya çıxan komanda böyük dəyişikliyə gedir. Şeydayev orada da bizimlə olacaq.

O, Super Liqada özünü göstərəcək, qollarını sıralayacaq. Mən Ramildəki bu həvəsi, bu istəyi görürəm».

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!