Yunanıstan mətbuatından "Qarabağ"ın oyunu ilə bağlı İDDİA

13 Oktyabr 2022 09:20 Sizdən Bizə 5 410
Yunanıstan mətbuatından "Qarabağ"ın oyunu ilə bağlı İDDİA

Yunanıstan mətbuatı Avropa Liqasının G qrupunun 4-cü turunun “Qarabağ” – “Olimpiakos” görüşündə Pirey klubunun meydana hansı heyətlə çıxacağı barədə yazı dərc ediblər.

Sportinfo.az xəbər verir ki, “Sportdog.gr” portalı komandanın baş məşqçisi Miçel Qonsalesin Bakıdakı matçda 3-5-2 sxeminə üstünlük verəcəyini iddia edib.

Yunanlı həmkarlarımız “Olimpiakos”un “Qarabağ”a qarşı aşağıdakı heyətlə çıxacağı məlumatını da verib:

Kostas Tzolakis, Pap Abu Sisse, Usseynu Ba, Şime Vrsalko, Marius Vrusai, Oleq Ryabçuk, Andreas Buxalakis, Pyerre Kund-Malonq, Matyu Valbuena, Abubakar Kamara,Hvan Iy Jo.

Eyni zamanda, Yunanıstan mətbuatı Valbuena ilə bağlı qeyri-müəyyənliyin olduğunu qeyd edib. Fransızın yerinə ispaniyalı yarımmüdafiəçi Pep Biel meydana çıxa biləcəyi vurğulanıb.

​“Qarabağ” – “Olimpiakos” oyunu oktyabrın 13-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı