Ərdoğandan Qarabağ ilə bağlı daha bir MÜHÜM AÇIQLAMA

14 İyun 2021 02:38 Sizdən Bizə 2 103
Ərdoğandan Qarabağ ilə bağlı daha bir MÜHÜM AÇIQLAMA

“Türkiyə-Azərbaycan qardaşlığı bölgəmizin sülh, rifah və sabitliyinin təminatıdır”.

Sportinfo.az xəbər verir ki, bunu NATO Zirvəsinə qatılmaq üçün Brüsselə yollanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Hava Limanında mətbuata açıqlamalarınd deyib.

“NATO Zirvəsindən sonra qardaşım Əliyevin dəvəti ilə Azərbaycana rəsmi bir səfər gerçəkləşdirəcəyəm. Türkiyə-Azərbaycan qardaşlığı bölgəmizin sülh, rifah və sabitliyinin təminatıdır.

Proses çərçivəsində Azərbaycan Qarabağda tarixi bir zəfərə imza ataraq, 30 illik işğala son qoyub. Qarabağ zəfəri daimi sabitliyin qapısını aralayıb. 10 dekabr 2020-ci ildə Bakıda təşkil olunan Zəfər Paradını izləmişdim.

Bu dəfə zəfərin qazanıldığı torpaqlara gedəcəyik. Şuşanı ziyarət edəcəyik. İyunun 16-da milli komandamızın Uelslə oynayacağı oyunu da Əliyevlə izləyəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi