Rusiya millisinin və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Andrey Arşavin Bakıya gəlib.
Sportinfo.az xəbər verir ki, onun Azərbaycana səfərinin məqsədi Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda noyabrın 25-də keçiriləcək “Sabah” - “Barselona” qarşılaşmasını stadiondan canlı izləməkdir.
Arşavin Bakı səfəri çərçivəsində “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə görüşüb. Azərbaycan millisinin qapıçısı bununla bağlı sosial şəbəkə hesabında birgə fotolarını paylaşıb.

