"Barselona" Çempionlar Liqası Liqa mərhələsinin V turunda "Sabah"ın qonağı olacaq.
Sportinfo.az xəbər verir ki, İspaniya çempionu Bakıya yola düşdüyü anları paylaşıb.
Sabah saat 19:15-də Kataloniya təmsilçisinin baş məşqçisi Hans Flikin mətbuat konfransı, 20:00-da isə komandanın media üçün açıq məşqi baş tutacaq.
"Sabah" - "Barselona" qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.
