Azad olunmuş ərazilərin bərpasında onlar da iştirak edir

21 May 2021 15:30 Sizdən Bizə 882
Azad olunmuş ərazilərin bərpasında onlar da iştirak edir

"Çin şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa işlərində yaxından iştirak edirlər.

Çin ilə nəqliyyat sahəsində geniş əməkdaşlıq imkanları var".

Sportinfoaz xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə danışıb.

Çin şirkətlərinin Azərbaycanın enerji sektoruna sərmayələr yatırdığını bildirən dövlət başçısı deyib ki, ikitərəfli əməkdaşlığın inkişafı baxımından mühüm sahələrdən biri də insanlar arasında təmaslardır:

"Çində Azərbaycanın ticarət nümayəndəliyi də fəaliyyət göstərir. Çinlə çox gözəl münasibətlər mövcuddur".

Digər Xəbərlər
Xəbər Lenti