“8 mayda Şuşada Türkiyə ilə birgə qələbə paradı keçirilsin”

21 Aprel 11:50 Sizdən Bizə 254
“8 mayda Şuşada Türkiyə ilə birgə qələbə paradı keçirilsin”

“Rusiya sülhməramlılarının bəzi sürprizlərinə səbr və təmkinlə, eyni zamanda adekvat addımlarla cavab verməliyik.

Xankəndində parad keçirmək onların tərəfsizliyi pozması aktıdır və bu, bizim gələcəkdə verəcəyimiz qərarlarda bir fakt olaraq diqqətə alınacaq”.

Sportinfo.az xəbər verir ki, bunu deputat Fazil Mustafa feysbukda bildirib.

O qeyd edib ki, Azərbaycanın atacağı ən real addım 8 may tarixində Şuşada Türkiyə hərbi birləşmələri ilə birlikdə erməni faşizmi üzərində qələbə paradı keçirməkdir: “Bu tarix Şuşanın ermənilər tərəfindən işğalı günüdür və keçirilən parad işğala son qoyulmasının bir nümayişi olacaq. Bunun tarixi analogiyası da var.

Bilindiyi kimi, 1918-ci ilin oktyabr ayının 2-də Albay Cahid bəyin komandanlığı altında Azərbaycan ordusu Qafqaz İslam Ordusu ilə birlikdə məhz Şuşada erməni faşizmi üzərində qazanılan qələbəni qeyd etmək üçün möhtəşəm bir parad keçirib. Təcili Türkiyə ilə bu tədbirin hazırlıq planını tərtib etməliyik. Onsuz da Ramazan ayından sonra Türkiyə Prezidenti cənab Ərdoğanın Azərbaycan Prezidenti ilə birlikdə Şuşaya səfəri gerçəkləşəcək və bu səfər zamanı da belə bir paradın keçirilməsi variantını da düşünmək olar. Bütün hallarda Rusiya sülhməramlılarının bölgədə öz funksiyasından uzaqlaşmasına qarşı rəsmi etirazımızı bildirməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
17 May 23:00 Bu il bağlanmayacaq?