Ərdoğan Qarabağla bağlı türkdilli ölkələrə çağırış etdi

31 Mart 2021 18:10 Sizdən Bizə 1 011
Ərdoğan Qarabağla bağlı türkdilli ölkələrə çağırış etdi

“Türkdilli ölkələr Azərbaycanın 44 günlük müharibə nəticəsində erməni işğalından azad edilmiş əraziləri bərpa etmək səylərini dəstəkləməlidirlər”.

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qeyri-rəsmi sammitində deyib.

Türkiyə Prezidenti bir daha Azərbaycan rəhbərliyini və xalqını Qarabağdakı tarixi torpaqların azad edilməsi münasibətilə təbrik edib. Eyni zamanda türkdilli ölkələrin Qarabağdakı türk abidələrinin qorunması və dirçəldilməsində Azərbaycana dəstəyini davam etdirməsinin vacibliyini xatırladıb.

O qeyd edib ki, bu gün dünya birliyinin yaşadığı dəyişikliklər Türk Şurası kimi əməkdaşlıq platformalarının əhəmiyyətini daha da artırır. Bu vaxt narahat olmağa ehtiyac yoxdur.

“Türk Şurası 12 ildir ki, qurumun beynəlxalq nüfuzunu artıracaq institusionalizasiya prosesini başa vurub. Türk Şurasını beynəlxalq bir təşkilata çevirərək statusunu yüksəltmə zamanı gəlib”,- deyə Ərdoğan əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"