“Rəsmi Bakı ilə İrəvan konstruktiv yanaşma nümayiş etdirir”

12 Mart 2021 17:30 Sizdən Bizə 1 426
“Rəsmi Bakı ilə İrəvan konstruktiv yanaşma nümayiş etdirir”

“Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində Bakı və İrəvan konstruktiv yanaşma nümayiş etdirir”.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən həftəlik brifinqdə bildirib.

Zaxarova üçtərəfli işçi qrupunun əsas vəzifəsinin bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların reallaşdırılması olduğunu xatırladıb.

“Biz ümid edirik ki, müsbətə və ortaq nöqtələrin axtarışına hədəflənmiş bu niyyət rəsmi şərhlərdə olduğu kimi Azərbaycan və Ermənistanın media məkanında da üstünlük təşkil edəcək”,- deyə Zaxarova qeyd edib.

Yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın üçtərəfli danışıqlarından sonra üç ölkənin Baş nazir müavinlərinin rəhbərlik etdiyi işçi qrupunun yaradılacağı açıqlanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!