İmran Xan Azərbaycanı qələbə münasibətilə təbrik etdi

5 Mart 2021 09:50 Sizdən Bizə 1 092
İmran Xan Azərbaycanı qələbə münasibətilə təbrik etdi

Xəbər verdiyimiz kimi, ötən gün İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantıda Prezident İlham Əliyevlə yanaşı, digər dövlət başçıları da çıxış edib.

Zirvə toplantısına sədrlik edən Pakistanın Baş naziri İmran Xan Azərbaycanın qələbəsi münasibətilə təbriklərini çatdırıb:

“Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm”.

Pakistanın Baş naziri belə çətin bir zamanda Zirvə toplantısının təşkilinin birgə səylər sayəsində mümkün olduğunu qeyd edib. Pakistan hökumətinin başçısı çıxışında təşkilata üzv ölkələr arasında ticarət əlaqələrinin inkişafının vacibliyini vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!