"Qarabağın statusuna dair söhbət gedə bilməz"

1 Fevral 2021 22:10 Sizdən Bizə 730
"Qarabağın statusuna dair söhbət gedə bilməz"

“Moskvada 30 yanvar tarixində keçirilən üçtərəfli görüşün nəticələrini müsbət dəyərləndirirəm.

Burada bütün region ölkələrinin maraqlı olduğu nəqliyyat dəhlizini yaratmaq istiqamətində çoxtərəfli səylərın başlanğıcını görürük. Amma görüləcək hələ xeyli işlər var. Ümidvaram ki, bu layihə ən qısa müddətdə həyata keçiriləcək”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri “report”un Rusiya bürosuna Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin görüşünü şərh edən rusiyalı hərbi ekspert İqor Korotçenko dilə gətirib.

İ.Korotçenko nəqliyyat yollarının açılmasının və bu məqsədlə ekspert qruplarının yaradılmasının da əhəmiyyətini qeyd edib:

“Azərbaycan üçün Qarabağın inkişafı başlıca milli hədəf olduğuna görə yeni nəqliyyat dəhlizlərinin yaradılması bütün regionun, yəni həm Azərbaycanın ayrılmaz parçası olan Qarabağın, həm də Ermənistanın, habelə İranın, Türkiyənin, Rusiyanın da inkişafı üçün təkan verəcək”.

“Fikrimcə, bu gün Qarabağın mənsubiyyətinə dair artıq heç kim hansısa xülyaya qapılmaz. Qarabağ Azərbaycanın tərkib hissəsidir. Qarabağın statusuna dair heç bir söhbət gedə bilməz”, - ekspert vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti