“Yaxşıdır, buna da şükür!” - “Milyonçu”dan xal qoparandan sonra

23:20 I Divizion 70
“Yaxşıdır, buna da şükür!” - “Milyonçu”dan xal qoparandan sonra

I Liqanın 8-ci turunun önəmli qarşılaşmasında MOİK “Səbail”lə qarşılaşdı.

Çempionluq uğrunda mübarizə aparan komandaların duelində qazanılacaq qələbə tərəflərdən birinin turnir cədvəlində mövqeyini yaxşılaşdırmasına və liderə yaxınlaşmasına imkan verəcəkdi.

Lakin kifayət qədər qol epizodları ilə yadda qalan qarşılaşmada qapılara top vurulmadı.

“Səbail” 75-ci dəqiqədən etibarən azlıqda oynamasına baxmayaraq, “hərbçilər” rəqib qapısında axtardığı qolu tapa bilmədi. Nəticədə turun mərkəzi görüşü qolsuz heç-heçə ilə başa çatdı.

Sportinfo.az-a açıqlama verən MOİK-in futbolçusu Cavid Yadullayev nəticəni dəyərləndirib.

O, komandasının komandasının 1 xal qazanmasından daha çox, 2 xal itirdiyini bildirib:

“Oyuna yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, şanssızlıqdan 3 xalla qayıda bilmədik.

İstənilən halda komanda yoldaşlarıma və məşqçilər heyətinə təşəkkür etmək istəyirəm. Yaxşı, templi oyun alındı.

Rəqib də kifayət qədər güclü idi. Həm onların, həm də bizim qol epizodlarımız oldu.

Təəssüflər olsun ki, fürsətlərdən yararlana bilmədik. “Səbail” azlıqda qaldıqdan sonra daha çox qol imkanımız yarandı.

1 xal qazandığımızı yox, 2 xal itirdiyimizi deyə bilərəm. Əlbəttə, 1 xal da yaxşıdır, buna da şükür!

Amma qələbə qazansaydıq, həm turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirər, həm də üst pillələrdəki rəqiblərə yaxınlaşardıq.

İnşallah, qarşıdakı oyunlara daha ciddi hazırlaşaraq qələbələr qazanarıq və mövqeyimizi möhkəmləndirərik”.

8 oyundan sonra aktivində 15 xal olan olan MOİK 4-cü pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti