“Barselona” təklif gözləyir - Qapıçısını icarəyə verməkdən ötrü

18:40 İspaniya 43
“Barselona” təklif gözləyir - Qapıçısını icarəyə verməkdən ötrü

“Sabah”ın Çempionlar Liqasında rəqiblərindən olan “Barselona” qapıçı Mark-Andre ter Ştegenin “Valensiya”ya mümkün icarə keçidinə müsbət yanaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu “Valensiya”nın almaniyalı futbolçu ilə bağlı rəsmi təklifini gözləyir.

“Barselona” oyunçunun maaşının böyük hissəsini ödəmək istəmir. “Valensiya” icarə müddətində futbolçunun maaşının “Ayaks”ın hazırda ödədiyindən daha çox hissəsini öz üzərinə götürərsə, Kataloniya klubu keçidə razılıq verə bilər.

Ter Ştegen hazırda “Ayaks”da icarə əsasında çıxış edir. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

”Barselona” 25 noyabrda, Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində Bakıda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti