"Məqsədim yenidən "Qarabağ"a qayıtmaqdır" - AÇIQLAMA

23:00 Qarabağ 133
"Məqsədim yenidən "Qarabağ"a qayıtmaqdır" - AÇIQLAMA

Bu mövsüm özünü yaxşı tərəfdən göstərən yerli oyunçulardan biri də Nihad Quliyevdir.

Bəlkə də övsümün əvvəlində o əsas heyətdə planlara daxil deyildi. Ancaq gedişatda komandada öz yerini qazandı və yaxşı performans göstərməyə başladı.

25 yaşlı müdafiəçi artıq əsas heyətin bir parçasıdır.

11 turdan 9-da ilk "11-lik"də meydana çıxıb.

Sanki yenidən bir vaxtlar "Şamaxı"da parlayıb, "Qarabağ"a qayıtdığı günləri xatırladır.

Maraqlıdır, "Şəfa"da nə baş verdi ki, biz əvvəlki Nihadı görürük?

Sportinfo.az-a açıqlamasında futbolçu özü bu suala cavab verib:

"Şamaxı"dakı mövsümdən sonra "Qarabağ"a qayıtdım. Orada az oynadım, şans tapa bilmirdim.

Daha sonra "Səbail"ə getdim və 30-32 tur oynadım. Ardınca yenidən Birinci Liqaya qayıtdım.

Əslində, "Şəfa"nın gələcəyinə inandığım üçün bu komandanı seçdim. Həmin vaxt Premyer Liqada başqa seçimlərim də var idi.

Amma "Şəfa"nın gələcəyə yatırım edən komanda olduğunu gördüm və burada oynamağa qərar verdim.

Baş məşqçimizə də təşəkkür edirəm, mənə inanır və şans verir. Mən də əlimdən gələn qədər bu etimadı doğrultmağa çalışıram.

Daha yaxşı olmaq üçün işləməyə davam edəcəyəm. Hədəflərimdən biri A milliyə dəvət almaq, digəri isə yenidən "Qarabağ"a qayıtmaqdır.

İnşallah, qismət olar. Bunlar mənim gələcək planlarımdır".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti