“Sabah“dan sonra özünü göstərə bilməyən qapıçı ilə anlaşdılar

16:00 Sabah 149
“Sabah“dan sonra özünü göstərə bilməyən qapıçı ilə anlaşdılar

“İmişli“ qış transfer bazarlığına indidən başlayıb. Premyer Liqada ikinci mövsümünü keçirən aranlılar artıq ilk belə çalışmasını bitirib.

Bu ilin yayında “Sabah“dan “Şəfa“ya keçən Nicat Mehbalıyevlə razılıq əldə olunub.

Onunla anlaşmanın müddəti 6 ay+1 ildir. Adıçəkilən qapıçı dekabrda paytaxt təmsilçisindən ayrılaraq, sərbəst agent statusu ilə “İmişli“nin sıralarına qoşulacaq.

O, artıq bu barədə klub rəhbərliyinə məlumat verib. 26 yaşlı qolkiper komandadakı durumundan məmnun deyil.

Əsas heyət üzvü kimi transfer olunan Mehbalıyev mövsümün ilk 5 turunda start heyətində meydana çıxıb. Lakin sonrakı turlarda baş məşqçi Zaur Həşimov Əlirza Müştəbazadəyə güvənməyə başlayıb.

Bundan əlavə, mövsümün gedişində “Zirə”dən tanıdığımız Tiaqo Silva da komandaya cəlb olunub. Yaranmış vəziyyətdə Nicat Mehbalıyev qış fasiləsində düşərgəni tərk etmək qərarına gəlib.

"Bakı"nın yetirməsi öncəki illərdə “Qəbələ”, "Sumqayıt" və "Qarabağ"ın da formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti