12-ci turun diqqətçəkən oyunlarından biri Şamaxıda baş tutacaq.
Sonuncu yerin sahibi “Araz-Naxçıvan” nominal meydan sahibi qismində lider “Neftçi”ni qəbul edəcək.
Cari mövsümdə yalnız “Zirə”yə məğlub olan bakılılarla qələbə üzünə həsrət qalan naxçıvanlıların duelində hansı nəticənin qeydə alınacağı ciddi maraq doğurur.
Revanş hissi, milli fasiləsində tam heyətlə hazırlaşmaq, süni örtük amili – bu və digər məqamlar “Araz-Naxçıvan”ın xeyrinə işləyəcək.
“Neftçi” isə ayrı-ayrı futbolçuların keyfiyyətinə və baş məşqçi Yuri Vernidubun təcrübəsinə ümid etməklə qələbəyə ümid edir.
Vacib qarşılaşmadan əvvəl Sportinfo.az-a danışan “ağ-qaralar”ın xovatiyalı yarımmüdafiəçisi Viçko Şevel iddialı açıqlamalar səsləndirib:
“Rəqibin adından asılı olmayaraq, bütün oyunlarda məqsədimiz meydanı qələbə ilə tərk etməkdir. Hansı komandaya, hansı şəhərdə, hansı meydanda oynamağımız fərq etmir.
Yaxamızda “Neftçi”nin loqosunu daşıyırıqsa, meydana 3 xal üçün çıxmalıyıq. Başqa cür ola bilməz!
Odur ki, “Araz-Naxçıvan”la qarşılaşmada qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Bəlkə də süni örtükdə oynamaq narahatlıq yaradır. Lakin buna önəm verməyəcəyik”.
Noyabrın 22-də Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 14:30-da start götürəcək.
HƏBİB
