“Dörd qol bizi ”ayıldıb” – “9 nömrə” “Qarabağ”la oyunu yada saldı

30 Yanvar 23:40 Şamaxı 92
“Dörd qol bizi ”ayıldıb” – “9 nömrə” “Qarabağ”la oyunu yada saldı

18-ci turda baş tutacaq hər bir oyunun özünə görə prinsipiallığı var.

İddialılarla elitada qalmaq uğrunda mübarizə aparanların bir-biri ilə qarşılaşması oyunlara əlavə rəng qatacaq.

Yevlaxda gerçəkləşəcək “Kəpəz” – “Şamaxı” duelində gərginliyin ən son həddə olacağı şübhə doğurmur.

Gəncəlilərin ilk dövrədəki matçda şamaxılıları darmadağın etməsi (1:4), “Şamaxı”nın son 2 oyunu məğlub başa vurması, əvəzində, “Kəpəz”in son 3 duelin 2-də qələbə qazanması oyuna marağı artırır.

“Şirlər”in isveçrəli hücumçusu Karim Rossi Sportinfo.az-a açıqlamasında

“Kəpəz”lə ilk dövrədəki qarşılaşmanı yaxşı xatırlayıram. Öz meydanımızda 1:4 hesabı ilə uduzmağımıza baxmayaraq, növbəti turda “Qarabağ” rəqib meydanında bərabərə qalmışdıq.

Deməyim odur ki, “Qəbələ”yə böyük hesablı yenilgi bizi ruhdan salmayıb. Əksinə, səhvlərimizdən nəticə çıxarıb irəliyə inamla boylanırıq. Komandada pozitivlik var,

“Qəbələ”nin vurduğu 4 qol bizi “ayıldıb”. Hər oyuna 3 xal üçün çıxırıq.

Lakin indiki vəziyyətdə 1 xal da pis nəticə sayılmır. Şamaxıya müsbət nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik”.

Yanvarın 31-də Yevlax şəhər stadionunda gerçəkləşəcək matç saat 14:30-da start götürəcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Yanvar 18:10 Çək və bizə göndər!
30 Yanvar 04:00 Bu yola əl atdı - FOTOLAR