Premyer Liqa klubundan yeni transfer xəbəri - SON DƏQİQƏ

21:00 Şamaxı 728
Premyer Liqa klubundan yeni transfer xəbəri - SON DƏQİQƏ

"Turan Tovuz" futbolçu Abdulla Rzayevlə bağlanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

İcarə əsasında komandada çıxış edən futbolçu müqavilə ilə məxsus olduğu "Sabah" klubuna qayıdıb.

Müdafiəçinin yeni klubu da bizə məlumdur.

Sağ cinah oyunçusu mövsümün qalan bölümünü "Şamaxı"da keçirəcək.

Tərəflər bütün məsələlərdə razılıq əldə edib.

Abdulla Rzayev cari mövsümdə Premyer Liqada 2 oyunda 125, Azərbaycan kubokunda 2 qarşılaşmada 164 dəqiqə meydanda olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti