“Hakimlik bir şey yoxdur, günahkar özümüzük” – Darmadağının adamı

27 Yanvar 23:40 Şamaxı 89
“Hakimlik bir şey yoxdur, günahkar özümüzük” – Darmadağının adamı

“Şamaxı”nın legioneri Karim Rossi Sportinfo.az-a müsahibə verib.

İsveçrəli hücumçu komandasının “Qəbələ”yə 0:4 hesabı ilə darmadağın olduğu qarşılaşmadan sonra sualları cavablandırıb.

- Gözlənilməz məğlubiyyət, yoxsa qəza?

- Əlbəttə ki, qəza. Kiçik fərqlə uduzsaydıq, gözlənilməz məğlubiyyət demək olardı. Lakin bu, qəzadır.

- Niyə yaşandı?

- Yeni ilə doğma azarkeşlərimizin qarşısında qələbə ilə başlamaq istəyirdik. Cari mövsümün bəlkə də ən pis oyununu sərgilədik. Müdafiədə səhvlər etdik, hücumda şansları boşa verdik. “Kəpəz”lə oyuna qədər toparlanıb nəyə qadir olduğumuzu göstərməliyik.

- Hansı məqamlarda səhvlərə yol verdiyinizi düşünürsən?

- 0:4 uduzmusansa, bir yox, bir neçə səhvə yol vermiş sayılırsan. Təhlillər zamanı hər birimiz etdiklərimizə baxanda, nəyi düzgün etmədiyimizi görəcəyik. Digər tərəfdən, bu gün bəxt də bizdən üz döndərmişdi. İlk qol zamanı rəqibin xeyrinə qayda pozuntusu yox idi. Lakin hakim faul verdi və epizodun davamı bəxtsiz qolla nəticələndi.

- Hakim günahkardır?

- Xeyr-xeyr. Hakimlik bir şey yoxdur, günahkar özümüzük. Nəticələri yaxşılaşdırmaq istəyiriksə, daha çox inkişaf etməliyik.

- Müdafiənin mərkəzində Arsen Ağcabəyovla Vladislav Veremeyevin yoxluğu da özünü göstərirdi sanki.

- Hər iki futbolçu komandamız üçün önəmlidir. Lakin 0:4-ün bəhanəsini bunda axtarmaq istəmirəm. Çünki biz bir komandayıq, biri olmayanda, digəri onu əvəz edir.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Yanvar 18:10 Çək və bizə göndər!