“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 30-cu böyükhesablı məğlubiyyətini alıb.
Bu, Misli Premyer Liqasının 17-ci turunda qeydə alınıb.
Sportinfo.az xəbər verir ki, “Qəbələ”ni qəbul edən Şamaxı təmsilçisi 0:4 hesabı ilə uduzub.
Bu, komandanın evdə 9-cu, ümumilikdə 30-cu böyükhesablı yenilgisi kimi tarixə düşüb.
Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını daşımış klubun ilk belə məğlubiyyəti 1999/2000 mövsümündə qeydə alınıb.
1999-cu il noyabrın 13-də “Şəmkir”in qonağı olan komanda 6 cavabsız qol buraxıb.

