“Qəbələ” aylarla yığılıb qalan bütün hirsini “Şamaxı”nın “üzərinə tökdü” - VİDEO

18:00 Şamaxı 129
“Qəbələ” aylarla yığılıb qalan bütün hirsini “Şamaxı”nın “üzərinə tökdü” - VİDEO

Premyer Liqının XVII turunda "Qəbələ" səfərdə "Şamaxı"nı məğlub edib.

Sportinfo.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş Qəbələ təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların heyətində ilk qolu 45-ci dəqiqədə Domi Massumo vurub. Hissələrarası fasilədən sonra, 46-cı dəqiqədə isə "Qəbələ" İsaak Amoahın sayəsində ikinci qolu rəqib qapısından keçirib.

Görüşün 81-ci dəqiqəsində İsmael Akinade fərqi 3 topa çatdırıb. Matça əlavə olunmuş vaxtda isə Fərid İsgəndərov komandasının 4-cü qolunu vurmaqla son nöqtəni qoyub.

Bu nəticədən sonra xallarının sayını 11-ə yüksəldən "Qəbələ" turnir cədvəlinin 10-cu pilləsində yer alıb. 20 xala malik "Şamaxı" səkkizincidir.

“Şamaxı” - “Qəbələ” 0:4

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti