Azərbaycan klubunda HADİSƏ - Rəhbərlik getmək üzrə olan baş məşqçidən, görün, nə istədi!

16:00 Şamaxı 447
Azərbaycan klubunda HADİSƏ - Rəhbərlik getmək üzrə olan baş məşqçidən, görün, nə istədi!

«Şamaxı» rəhbərliyi Ayxan Abbasova müraciət edib.

Məqsəd ondan kömək, daha doğrusu, məsləhət almaqdır.

İş ondadır ki, «şirlər» yeni mövsümə Ayxan Abbasovla başlaya bilməyəcək.

Saytımız bu barədə AFFA-dan məlumat əldə edib. Federasiyadan redaksiyamıza daxil olan informasiyaya görə, o, gələn ilin iyununda «şirlər»lə əməkdaşlığını dayandıracaq.

Bu, AFFA-nın tələbidir. Qurum millilərlə bağlı yenilik etməyi qərara alıb.

Tələbə əsasən, əsas və aşağı yaş qrupları üzrə yığmalara təyinat alan məşqçilər bundan sonra eyni vaxtda iki yerdə işləyə bilməyəcək. Onlara seçim haqqı tanınıb - ya klub, ya milli.

Bildirilib ki, A.Abbasov artıq öz seçimini edib və bu barədə federasiya rəhbərliyini məlumatlandırıb. 2024-cü ilin yayından bəri «Şamaxı»da olan mütəxəssis əyalət təmsilçisindən getməyi üstün tutub.

Sadəcə, hazırda müqaviləsi davam etdiyindən, gələn ilin yayınadək «şirlər»in başında dayanacaq.

AFFA seçim qarşısında qalan məşqçilərin maddi durumunu nəzərə alıb. Millidə fəaliyyət göstərməyə isti yanaşanların əməkhaqları artırılacaq.

Yəni, indən belə bir yerdə çalışacaqları üçün vəsait azlığından əziyyət çəkməyəcəklər.

«Şamaxı»in halı necə olacaq bəs? Klub rəhbərliyini qayğılandan məsələ də budur elə.

Abbasova müraciət edərək, ondan sonra komandanın başına keçə biləcək mütəxəssislərin siyahısını hazırlamasını istəyiblər. Bildirilib ki, yeni baş məşqçi yerlilər arasında seçiləcək, hansısa əcnəbi ilə danışıqlar aparılmayacaq.

Azərbaycan yığması qarşıdakı Millətlər Liqasına Ayxan Abbasovla gedəcək. Federasiyadan saytımıza bildirildiyinə görə, İcraiyyə Komitəsi (İK) yaxın günlərdə yığışacaq və onun təyinatını təsdiqləyəcək.

O, ən azı 1 il ölkənin əsas komandasının sükanı arxasında əyləşəcək.

Qeyd olunub ki, qurumun prezidenti Rövşən Nəcəf onunla bağlı müsbət fikirdədir. Abbasov İK-nin ötən toplantısında 30 dəqiqəyə yaxın iştirak edib və millinin DÇ-2026-nın seçmə mərhələsindəki çıxışına dair hesabat verib.

Gənc mütəxəssis 1 xal toplayan kollektivin ümumi durumu barədə ali qərarverici orqanın üzvlərini məlumatlandırıb.

Həmçinin perspektiv haqda danışıb, tədricən islahatların aparılması gərəkdiyini söyləyib. Nəcəf Abbasovun fikirlərini dəstəkləyib, bu yolda növbəti addımların atılmasının istəyib.

Milli DÇ-2026-nın seçmə mərhələsinə Fernandu Santuşla başlayıb.

Portuqaliyalı ilk turda İslandiyaya 0:5 hesablı səfər məğlubiyyətindən sonra istefaya göndərilib. Komandanı növbəti 5 oyuna A.Abbasov çıxarıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?