Azərbaycan millisinin üzvü Rüfət Abbasov qış fasiləsində legioner həyatı yaşamağa çox yaxın olub.
Belə ki, Kiprin iki təmsilçisi onun xidmətində maraqlı olub.
Söhbət "Aris" və AEL-dən gedir.
21 yaşlı müdafiəçi özü də xaricə yollanmağa isti yanaşıb.
Amma "Neftçi"nin yetirməsi olduğu oyunçudan yetişdirmə haqqı istəməsi danışıqları düyünə salıb.
Kiprlilər həm oyunçunun məxsus olduğu "Şamaxı"ya, həm də "ağ qaralar"a edilməli olan ödənişi yüksək hesab edərək danışıqları dayandırıblar.
Abbasov bu mövsüm Premyer Liqada meydana çıxdığı 16 matçda 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
“Neftçi”nin yetirməsi əsas milli komandamızda isə 1 görüşə çıxıb.
XANOĞLAN / SPORTİNFO.AZ

