Hücumçu "Qarabağ"dan ayrıldı, Avropada oynayacaq

16:05 Şamaxı 629
Hücumçu "Qarabağ"dan ayrıldı, Avropada oynayacaq

"Şamaxı”nın hücumçusu Davud Mənsumov karyerasını ölkə xaricində davam etdirəcək.

Latviyanın "Grobina" klubu ilə bir müddətdir davam edən danışıqlar müsbət nəticə verib.

Forvardla 1 illik anlaşma imzalanıb.

Avropa təmsilçisi son mövsümü 10 komanda arasında 9-cu pillədə bitirib.

Yalnız pley-off mərhələsində qalib gəlməklə yüksək liqada yerini qoruya bilib.

U-17 millimizin üzvü müqavilə ilə “Qarabağ”ın yetirməsidir. O, ötən mövsüm sınaq matçlarında əsas komandada debüt edib və 2 qol vurub.

"Şirlər" gənc oyunçunu 2025-ci ilin yayından icarə əsasında heyətinə cəlb etmişdi.

19 yaşlı hücumçu bu mövsüm Premyer Liqada 2 oyunda iştirak edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı