Bölgə klubunda narahatlıq: " Hər an vəziyyət dəyişə bilər"

20:40 Şamaxı 256
Bölgə klubunda narahatlıq: " Hər an vəziyyət dəyişə bilər"

Mövsümün birinci yarısını yaxşı keçirən kollektivlərdən biri də "Şamaxı" oldu.

Aktivində 20 xalı olan "Şirlər" hazırda 7-ci sırada yer alır.

Bəzi matçlarda şanssızlıq yaşanmasaydı, Ayxan Abbasovun komandası daha yaxşı yerlərdə ola bilərdi.

Amma üst sıralara çıxmaq üçün şanslar hələ də qalır.

Məsələn, bölgə klubu avrokuboklara getmək fürsəti verən 4-cü sıradan 8 xal geri qalır.

Təbii ki, hər məşqçinin belə məqamda əsas istəklərindən biri heyətin güclənməsi olar.

Görəsən, bu yöndə vəziyyət necədir?

Baş məşqçi Ayxan Abbasov Sportinfo.az-a açıqlamasında bunları deyib:

"Hazırda real nəsə yoxdur. Amma hər an vəziyyət dəyişə bilər.

Bəzi gənc oyunçularımızı istəyənlər var.

Əgər onların gedişi baş tutsa, bir transfer barədə düşünə bilərik".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti