"Şamaxı"nın hücumçusu Nihat Mehralıyev ölkə xaricinə yollanacaq.
Latviyadan "Qrobina" ilə bir müddətdir davam edən danışıqlar müsbət nəticə verib.
Forvardla 1 illik anlaşma imzalanıb.
Avropa təmsilçisi son mövsümü 10 komanda arasında 9-cu pillədə bitirib.
Yalnız pley-off mərhələsində qalib gəlməklə yüksək liqada yerini qoruya bilib.
"Şirlər" ötən yay 20 yaşlı futbolçunu ötən yay heyətinə qatıb.
O, 2024/25 mövsümü "Qarabağ"ın əvəzedici komandasında 20 qol vurub və liqanın bombardiri olub.
Daha əvvəl isə Ukraynada Odessa "Çernomorets"in, Almaniyada "İsmaninq", "Manxinq" klublarının aşağı yaş qruplarında çıxış edib.
Nihatın gənclər millimizin üzvü olduğunu bildirək.
XANOĞLAN / SPORTİNFO.AZ

