"Olduğumuz yerdən, göstərdiyimiz performansdan xoşbəxtəm"

20 Yanvar 23:40 Şamaxı 406
"Olduğumuz yerdən, göstərdiyimiz performansdan xoşbəxtəm"

"Şamaxı"nın yarımmüdafiəçisi Andrey Trikoveanu qış təlim-məşq toplanışı çərçivəsində "Sabah"la baş tutan yoxlama görüşündən sonra (0:2) Sportinfo.az-a müsahibə verib.

- Qarşılaşma barədə nələr deyərdin?

- Yaxşı oyun keçdi. "Sabah" əla rəqibdir. Bu gün əsas hədəfimiz zədə almadan fiziki formamızı bərpa etmək idi. Onu da bacardıq.

- Uzunmüddətli zədədən qayıdırsan. Bu günləri necə arxada qoydun?

- Çətin 4 ay oldu. Əziyyət çəkdim. Maksimum məşqlərimi edirəm. Düşünmürəm ki, 100% hazıram. Xüsusilə fiziki vəziyyətimi düzəldib, komandama kömək etməyə çalışıram.

- Kənardan komanda yoldaşlarını izləmək necə idi?

- Çox çətin idi. Həftə içi bunun fərqində olmursan, amma həftə sonları oyuna baxanda ağır keçirdi.

- Kənardan komandanın performansı necə görünürdü?

- Komandamız yaxşı çıxış edir. Bəzi oyunlarda lazımsız xallar itirdik, şansımız gətirmədi. Amma indi olduğumuz yer, göstərdiyimiz performansdan məmnun və xoşbəxtik.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti