Hazırkı vəziyyətlərinə görə onları el diliylə desək, “altını vuran“ “altılıq” komandaları da adlandırmaq olar.
Yeddincı yerdə qərarlaşan “Şamaxı”nı tutduğu mövqe narahat etmir.
Çempionatımızda ən az büdcəli klublardan olan “Şamaxı”nın qarşısına böyük hədəflər qoyulmayılb. “I Liqaya düşmə”, kifayətdir.
Baş məşqçi Ayxan Abbasov da bu vəzifənini öhdəsindən lazımınca gəlir. Hətta gənclər yığmasında, daha sonra əsas millidə baş məşqçi postuna təyinat alması belə, onun “Şamaxı”dakı işinə zərbə vurmayıb.
Düzdür, komanda stabil, uğurlu nəticə göstərə bilmir.
Çempionatın liderləri “Sabah” və “Qarabağ”la heç-heçə oynayıb, “Zirə”yə qalib gəlib, “Kəpəz”ə 1:4 uduzan komandadır.
Statistikası demək olar eyni rəqəmlər üzərindıə qurulub: 5 qələbə. 5 heç-heçə, 6 məğlubiyyət. Vurulan və buraxılan qol sayı 18. Vurulan qolların da üçdə birindən çoxu isvecrəli hücumçu Kərim Rossinin payına düşür.
Yaşı 30-u ötsə də, “Şamaxı” üçün yaxşı tapıntıdır.
Məncə, “Şamaxı” elə mövsümü 6-8-ci yerlərdən birində başa vuracaq, buna görə, heç bir təzyiq və tənqidlə üzləşməyəcək.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

