Afrika Millətlər Kubokunda qrup mərhələsinin sonuncu turunun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, C qrupunda Tunis və Tanzaniya milli komandaları üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
4 xalı olan Tunis qrup ikincisi, 2 xalı olan Tanzaniya isə ən yaxşı üçüncü kimi 1/8 finala yüksəlib.
Tanzaniya yığmasının heyətində "Şamaxı"da çıxış edən Alfons Msanqa da meydanda olub. 22 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və sona qədər oynayıb.
Tanzaniya pley-offda ev sahibi Mərakeşlə qarşılaşacaq. Görüş yanvarın 4-də keçiriləcək.

