"Mən aldığım bu təklifə elə-belə yanaşmadım"

29 Dekabr 23:00 Şamaxı 239
"Mən aldığım bu təklifə elə-belə yanaşmadım"

“Şamaxı” son iki mövsümdə gənclərin inkişafı üçün əsl paliqona çevrilib.

Düzdü, Fəxri Məmmədov kimi özünü doğrultmayan, Həbib İsmayılov kimi hələ özünü təsdiqləməyən gənclər də olub/var.

Amma yaxşı mənada seçilənlər daha çoxdur.

Ötən mövsüm Edqar Adilxanov, Rüfət Abbasov və Rauf Rüstəmli əla perfomansı ilə hamının diqqətini çəkə bilmişdi. Əbəs deyil ki, qısa müddətdə Rüfət və Rauf əsas milliyə dəvət aldı.

Edqar isə gənclər millimizin əsas fiquruna çevrildi.

Bu mövsüm isə Oruc məmmədovun oyununda inkişaf diqqət çəkir. Gənclər millimizin üzvü 17 görüşdə meydanda olub və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Maraqlıdır, bölgə klubunda gənclərin oyununda sezilən müsbət dinamika nə ilə bağlıdır?

Cavabı elə orta sahə oyunçusunun özündən eşidək:

“Şamaxı”dan gələn dəvətə müsbət yanaşmağım boşuna deyildi.

Burada şans qazanacağımı bilirdim. Qalırdı bu fürsətdən istifadə etməyim.

Bunun üçün çox çalışdım. Məşqçilər korpusu çox dəstək oldu.

Məncə, bu, hələ mənim üçün başlanğıcdır. Bundan sonra daha çox çalışmağım vacibdir”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 18:10 Çək və bizə göndər!
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO
29 Dekabr 07:10 Yollar buz bağlayacaq