Millinin yekun heyətində yer aldı, Azərbaycanda oyuna çıxmadı

02:00 Şamaxı 75
Millinin yekun heyətində yer aldı, Azərbaycanda oyuna çıxmadı

Azərbaycanda çıxış edən daha bir futbolçu Afrika Millətlər Kubokunda iştirak edəcək.

Məlum olduğu kimi, “Şamaxı”nın yarımmüdafiəçisi Alfonse Msanqa Tanzaniya millisinə çağırılıb.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı orta sahə oyunçusu yığmanın 28 nəfərlik yekun heyətində yer alıb.

O, bu səbəbdən “Şamaxı”nın dünən Premyer Liqanın 16-cı turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı oyununu buraxmalı olub. Çünki millisi iki gün sonra Afrika Millətlər Kubokunda ilk matçına çıxacaq.

Tanzaniya C qrupunda Nigeriya, Tunis və Uqanda ilə mübarizə aparacaq.

Komanda qrupdan çıxsa, Msanqanın “Şamaxı”ya dönüşü bir qədər də yubanacaq. Çünki dekabrın 21-də start götürəcək turnir yanvarın 18-dək davam edəcək.

“Zirə”nin yarımmüdafiəçisi Rikardo Gimaraeş də Mozambik yığmasının turnir üçün yekun heyətinə çağırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 20:00 Çək və bizə göndər!