"Şamaxı"nın budəfəki qurbanı "Zirə" oldu.
Ayxan Abbasovun komandası 0:1 geridən olduğu matçda 2 qol vuraraq aktivinə növbəti 3 xalı yazdırdı.
Ayxan Abbasov yenə iş başındadır.
Deyəsən, mövsümün yarısı arxada qalmadan hədəfinə çatacaq.
Artıq sonuncu pillə ilə arada 15 xal fərq var.
Belə üstünlüyün əldən veriləcəyi möcüzəyə bərabərdir.
Məncə, bölgə klubunun Liqanın tərk etməsi möcüzə kimi görünsə də, yuxarı sıralara qalxması kifayət qədər realdır.
Arxada qalan 14 turda bəxti, şansı azacıq gətirsəydi...
Məsələn, bu "Zirə" ilə birinci dövrədəki matçda 85-ci, "Sumqayıt"la evdəki oyunda isə yalnız 88-ci dəqiqədən sonra hesabdakı üstünlük (1:0) əldən çıxmışdı.
Belə oyunlar sırasında "Araz-Naxçıvan" və "Sabah"la evdəki, "Turan Tovuz"la səfərdəki göüşləri əlavə etmək olar.
Bütün bunlar "Şamaxı" adına xoş haldır, amma rəqibləri üçün utanc yeridir.
Ki, böyük büdcəsi, geniş heyəti olan iddialı klublar
2.5 milyon manat dövlət dotasiyasının ümidinə qalan "Şamaxı"nın əlində gilinc qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

