"Qisas almaq istəyəcəyik"

11:40 Şamaxı 138
"Qisas almaq istəyəcəyik"

"Şamaxı"nın portuqaliyalı yarımmüdafiəçisi Dieqo Balau Sportinfo.az-a müsahibə verib.

- Premyer Liqanın 14-cü turunda "Karvan-Yevlax"ı 3:0 hesabıyla məğlub etdiz. Səfər oyununda darmadağınla qələbə qazanmağınızda həlledici amil nə oldu?

- Düşünürəm ki, bu cür müdafiə komanda işi idi. Hər dəfə qol buraxmayanda qələbəyə bir addım daha yaxınlaşırıq. Bu oyunda müdafiədə çox möhkəm idik. Məncə, həlledici məqam da bu idi.

- Əla zərbə idi. Vurduğun qolu necə ifadə edərsən?

- Bəli, yaxşı qol vurdum. Qolu “təmiz hava” kimi təsvir etdim. Uzun müddət qol vurmadım və bu, mənə çox yaxşı təsir edəcək. Cərimə meydançasından kənarda daha çox vuruşmağa başlamaq üçün mənə əlavə motivasiya verəcək.

- Sonuncu pillədən 12 xal öndəsiniz. Qışa qədər liqada qalmaq hədəfinə çatacağınızı demək olar?

- Mövsümün sonuna qədər uzun bir yol var. Çox şey ola bilər. Əlbəttə, mən özümüzə çox inanıram ki, liqada qalacağıq. Bunu gec və ya tez əldə edəcəyimizi bilmirəm. Amma bunu edəcəyimizə zəmanət verirəm.

- Növbəti rəqib "Zirə"di. Birinci dövrədə qələbəni son 5 dəqiqədə əldən vermişdiniz. Qisas hissi var?

- Bəli, bütün oyunu öndə olduq, amma sona yaxın qapımızda iki qol gördük. Bu dəfə matç evimizdədir. Onlar üçün çətin meydançadır. Əlbəttə, qisas almaq və oyunda qalib gəlmək istəyəcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti