Şor qiymətinə bal alan Azərbaycan klubunu tanıyın

21:00 Şamaxı 129
Şor qiymətinə bal alan Azərbaycan klubunu tanıyın

Yay fasiləsində "Şamaxı"nın "Sumqayıt"la sınaq matçını Qəbələdə izləmək qismət olmuşdu.

Elə oyunun gedişində bir anlıq beynimdən "Kərim Rossi mövsümün kəşfi olacaq" fikrini keçirdim.

Söhbət "Şamaxı"nın isveçrəli yeni hücumçusundan gedirdi.

Elə həmin matçın sonrakı dəqiqələrində möhtəşəm zərbəsi tirdən qayıtmışdı. Meydanda davranışları, təcrübəsi, ağıllı qərarları gözoxşayırdı.

Mövsümün arxada qalan 14 turu beynimdən keçən həmin cümlənin hər hərfini həqiqətə çevirdi.

Elə birinci turda "Neftçi"nin qapısından fantastik qol keçirməsi ilə adında söz etdirdi.

Düzdü, sonrakı 9 görüşdə cəmi 1 dəfə adını tabloya yazdıra bildi.

Amma meydana çıxdığı son 3 görüşdə 3 dəfə fərqlənməklə daha yaxşı gələcəyin mesajlarını ötürmüş oldu.

Artıq 5 qolla bombardirlər cədvəlində özünə yer edib.

Lider Smakaladan cəmi 2 qol geri qalır.

Yığdığı sürət onu bombardirlər cədvəlinin zirvəsinə doğru aparır.

Rossini qabaqlayan digər hücumçu 6 qolla "Sabah"lı Con-Lens Mikelsdir.

"Qarabağ"dan Toral Bayramov və "Sumqayıt"dan Aleksandr Ramalinqomun isə aktivində Rossidəki qədərdir.

Amma Rossini adıçəkilənlərdən fərqləndirən xüsusi bir cəhət var.

Digərlərinin aldığı maaş 15 min dolların üzərindədir.

31 yaşlı Rossi isə cəmi 5 min dollar müqabilində Şamaxıya gəlib.

Bazar qiymətləri ilə yanaşsaq, buna şor qiymətinə bal almaq da demək olar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti