Braziliyalı heç nəyi gizlətmədi: "Problem yarada bildilər"

17:00 Şamaxı 95
Braziliyalı heç nəyi gizlətmədi: "Problem yarada bildilər"

"Şamaxı"nın müdafiəçisi Antonio Lara Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Bakı Sportinq"i məğlub etdikləri (1:0) matçdan sonra Sportinfo.az-a müsahibə verib.

O, ilk olaraq görüş haqqında fikirlərini bildirib

- Müdafiədə möhkəm olduq. Vacib olanı budur. Topa daha çox sahib olduq, daha çox imkanlar yaxaladıq. Şansımız gətirsəydi daha çox fərqlənə bilərdik.

- 67 dəqiqə hesab açılmadı. Hətta penaltini dəqiq vura bilmədiniz. Bu dəqiqələrdə özünüzdə gərginlik hiss olunurdu?

- Appalinaro penalti vurandır. Bəzən belə hallar olur. Bundan dərhal sonra qolumuzu vurduq. Əslində daha rahat idik ki, oyunu udmaq üçün şansımız yüksəkdir.

- Son dəqiqələrdə rəqibin penalti istəyi vardı. Bunu necə qarşıladın?

- Oyunun içində görmədim. Matçdan dərhal sonra baxa bildim. Məncə, penal yox idi.

- Birinci Liqa təmsilçisi sizi nə ilə təəccübləndirə bildi?

- Yaxşı kollektiv təsiri bağışladılar. Gördüyünüz kimi bizə də problem yarada bildilər.

- İki cəbhədə mübarizə aparmaq sizə çətin qorxutmur?

- Yaxşı heyətimiz, yaxşı futbolçularımız var. Hər komanda üçün normal haldır. Qrafikə əsasən bu oyunlara çıxacağıq. Mübarizə davam edir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti