«Şamaxı» onunla bağlı sezonun əvvəlində verdiyimiz bütün proqnozları doğruldur.
Qısırlı büdcə ilə yeni mövsümə başlayan Ayxan Abbasovun bir gözünün güləcəyini, bir günün də ağlayacağını qeyd edirdik.
Oldu və olur. «Şamaxı» Premyer Liqada ard-arda iki qələbə qazana bilmir. Birini udur, birini uduzur, ya da heç-heçə edir.
Futbolçu kasadlığının baş məşqçinin dilini olmasa da, əlini qısaldacağını vurğulayırdıq. Bu ehtimal da özünü doğruldur.
«Şamaxı»nın yeganə üstünlüyü komanda oyunu oynamasıdır. Baş məşqçinin taktiki planlaması düzgün olmasaydı, «Şamaxı» hazırda turnir cədvəlinin son sırasındaydı.
Hamının yuxarıdan-aşağı baxdığı «Karvan» belə, yay transferlərinə onlardan çox pul xərcləyib. Üç-beş min dollarlıq legionerlərlə çalışmaq məcburiyyətində qalan baş məşqçinin Yaradana təvəkkül etməkdən savayı nəyə ümidi ola bilər ki..?
«Sumqayıt»la qarşılaşmada son 20 dəqiqəni çıxarmaq lazım idi. Yorulub əldən düşmüş Rossini, Balaunu əvəzləyəcək bir normal oyunçusu olmadı
Abbasovun. Qonaqların artan təzyiqi fonunda müdafiədə açıq verən «Şamaxı»nın orta sahəsini canlandırmaq gərəkirdi: müdafiəçilərin bir qədər rahat hava udması, oyunu mərkəzə daşımaq üçün.
Güc tükənmişdi deyə, hamı arxaya yığışdı, qələbə hesabı 3 dəqiqəyə məğlubiyyət tablosuna döndü.
KAMİL

