“Ehtiyatda oturan bir sıra yerlilər bəzi legionerlərdən yaxşıdır”

08:40 Şamaxı 119
“Ehtiyatda oturan bir sıra yerlilər bəzi legionerlərdən yaxşıdır”

“Bizim liqa çətindir, bunu kənardan olan mütəxəssislər də vurğulayır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov deyib.

O, Premyer Liqada legioner limitinin aradan qaldırılmasının çempionatın keyfiyyətinə təsir etməsi ilə bağlı suala cavab verib:

“Bəzən oyunun yaxşı görünməməsinin səbəbi oyun saatı və stadiondakı boş tribunalar ola bilər. Ola bilsin ki, izləmirik, amma biz bir çox xarici liqalara baxırıq.

Məsələn, Xorvatiya və Serbiya çempionatlarında bəzən oyunda heç iki korner belə olmur. Əvvəllər daha çox hücum futbolu oynanılırdı, amma indi taktiki mübarizə ön plana çıxıb.

Komandaları başa düşmək olur, nəticəyə fokuslanırlar. Limitin ləğvindən sonra səviyyənin sürətlə yüksələcəyi fikri ilə razılaşmıram.

Bununla heç zaman razılaşmamışam. Elə yerli futbolçular var ki, ehtiyatda otursa da bəzi legionerlərdən yaxşıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 17:45 Siz lap Yezidsiz ki...