Azərbaycanın iddialı klubu bu qapıçının TRANSFERi üçün “qollarını çırmaladı”

21:20 Şamaxı 528
Azərbaycanın iddialı klubu bu qapıçının TRANSFERi üçün “qollarını çırmaladı”

Avrokuboklar uğrunda mübarizə aparan «Sabah»ın növbəti transfer hədəfi məlum olub.

«Bayquşlar» Rikardo Fernandesin xidmətində maraqlıdır.

Ölkə kubokunun son sahibi portuqaliyalı qapıçını sıralarına qatmaq üçün artıq hərəkətə keçib. Ona görə «Şamaxı» ilə əlaqə saxlanılıb, mümkün satış halında ödənilməsi gərəkən məbləğ dəqiqləşdirilib.

Rikardo Fernandes ötən mövsümdən «şirlər»in şərəfini qoruyur. Ayxan Abbasov 29 yaşlı kiperi komandaya Kamil Qafarovun məsləhəti ilə götürüb.

Və, bu, çox uğurlu seçim olaraq «Şamaxı»nın tarixinə düşüb. Əyalət təmsilçisinin keçən sezon Premyer Liqada yerini qorumasına etdiyi çoxsaylı qurtarışlarla fayda verən avropalı cari «futbol ili»ndə də özünü yaxşı göstərməkdədir.

«Sabah»a gəlincə, Valdas Dambrauskas Oleq Pokatiovun ümidinə qalıb. Qazaxıstan yığmasının üzvü burada rəqibsizdir.

Yusif İmanovun qəfil gedişindən sonra o, Nicat Mehbalıyevi demək olar hiss etmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti