
“Şamaxı”dan ayrılan daha bir futbolçunun yeni iş yeri müəyyənləşib.
Ötən mövsümü Azərbaycanda keçirən Vasiliye Radenoviç karyerasını Litvada davam etdirəcək.
31 yaşlı arxa xətt oyunçusu ölkənin köklü klublarından olan “Jalgiris”lə anlaşaraq 1 illik müqaviləyə imza atıb.
Vaxtilə Serbiya, Monteneqro, Bosniya və Hersoqovina, Almaniya və Azərbaycanda oynamış müdafiəçi 13 ildə 15 klub dəyişib. “Jalgiris” bu göstəricidə 16-cı olacaq.
Radenoviç ötən mövsüm “Şamaxı”nın heyətində 27 oyunda meydana çıxıb.
HƏBİB / SPORTİNFO.AZ