“Şamaxı”: İkinci də tapıldı

20 İyun 2025 02:00 Şamaxı 774
“Şamaxı”: İkinci də tapıldı

“Şamaxı” yeni mövsümün hazırlıqlarına iyulun 5-də Qəbələ şəhərində start verəcək.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisinin hazırlıq zamanı ikinci rəqibi bəlli olub.

İlk görüşdə "Qəbələ" ilə qarşılaşacaq "Şamaxı" toplanış zamanı keçirəcəyi ikinci yoxlama oyununu “Karvan”la keçirəcək. Qarşılaşma iyulun 21-i Qəbələ şəhər stadionunda keçiriləcək.

"Qəbələ"yə qarşı görüş iyulun 14-də baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti