
Premyer Liqada mövsümü altıncı sırada bitirən “Şamaxı” büdcəsinə görə çempionatımızın ən kasıb klubudur.
Cəmi 3 milyon manatıq büdcə.
Bu da elə dövıətin AFFA-nın vasitəsilə klublara ayırdığı dəstək puludur. Demək, əlavə bu kluba kimsə samballı vəsait xərcləməyib.
Ola bilsin, icra başçısı. Şamaxı rayon prokuroru, bəzən polis rəisi, vergi idarəsi hansısa məqamda müəyyən məbləğdə komandaya kömək edib, səfər xərclərinin qarşılanmasında falanda yardımçı olub.
Amma belə peşəkar futbol klubu olmur. Bu üsulla komanda yaşatmaq qaldı 90-larda, 2000-ci illərin əvvəlində.
Və maliyyəsi bu cür olan kubun mövsümü 10 iştirakçı arasında 6-cı sırada bitirməsi qəhrəmanlıqdır. Daha çox kimin sayəsində? Baş məşqçinin. Necə deyərlər. bir Ayxan Abbasov fərqi.
Ötən mövsüm I Liqanın çempionu kimi elitaya yüksələn “Şamaxı” gəldiyi yerə qayıtmamaq üçün böyük iradə, əzm göstərdi.
İlk iki turda cəmi 1 xal qazanan Ayxan Abbasovun komandası sonrakı 5 turdan üçündə qalib gəldi. ikisində heç-heçə oynadı.
Bundan somra komanda “qara zolağ”a düşdü. Kubokda “Şəmkir” üzərində qələbəni nəzərə almasaq, ardıcıl 11 çempionat matçında “Şamaxı” qələbəyə həsrət qaldı.
Yalnız ilin son turunda “Sabah” üzərində 3:1 hesablı qələbəylə bu “qara seriya”ya son qoydu. Yanvardakı dalbadal 3 oyunda məğlubiyyətdən sonra “Şamaxı”nın üzərində sanki əcəl fırlanırdı. I Liqa komandaya “gəl-gəl” deyirdi.
Yalnız bundan sonra Ayxan Abbasov komandasını toparlayıb, ard-arda 6 oyundan cəmi birində uduzdu.
“Şamaxı” liqada qalmaq uğrunda mübarizə apardığı rəqiblərdən “Səbail”lə 4 oyundan birini qazanıb, ikisində heç-heçə etdi, “Kəpəz”i 4 dueldıən ikisində məğlub edib, 1-də heç-heçə oynadı, “Sumqayıt”a isə 4 qarşılaşamdan üçündə qalib gəldi.
Əsas rəqibləri qarşısında qazanılan bu nəticələr “Şamaxı”nı nəinki elitada saxladı, hətta altıncı yerə yüksəltdi.
Üstəlıik. Ayxan Abbasov bu mövsüm ölkə futboluna 19 yaşlı Edqar Ədilxanov və 20 yaşlı Rüfət Abbasovun timsalında perspektivli gənclər qazandırdı.
Növbəti mövsümdə isə həm Ayxan Abbasovun, həm də komandasının işi çətin olacaq. U-21 milli komandamızın da baş məşqçisi olan Abbasovun iki işin öhdəsindən necə gələcəyini zaman göstərəcək.
AFFA-nın yeni mövsümdə klublara maliyyə yardımını 3 milyondan 2,5 milyon manata endirməsini nəzərə alsaq, “Şamaxı” normal heyət formalaşdırmaqda cətinlik cəkəcək.
Bu mövsümkü legionerlərdən 5-i artıq komandadan gedib. Onlardan xüsusən kapitan Leroy Mikels və komandanın ən çox qol vuran oyunçusu, bugünlərdə “Zirə”ylə müqavilə bağlayan Brahim Konatenin yeri görünəcək.
“Şamaxı” böyük ehtimalla bir neçə legioner, əsasən də gənc yerli oyunçuların ümidinə qalacaq. Gənclərə üstünlük veriləcəyindən, komanda həm də U-21 millimizin bazası da sayıla bilər.
Millinin baş məşqçisi Ayxan Abbasov üçün bunun yaxşı tərəfi odur ki, U-21-in bir neçə oyunçusu “Şamaxı”da ilboyu onun nəzarəti altında olacaq.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN