"Şaxtyor"dan qovulan baş məşqçi vaxtilə Azərbaycanın hansı klubunda işləyib? - FOTO

1 İyun 02:10 Şamaxı 1 356
"Şaxtyor"dan qovulan baş məşqçi vaxtilə Azərbaycanın hansı klubunda işləyib? - FOTO

“Şaxtyor" baş məşqçi Marino Puşiçlə yollarını ayırıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssislə yanaşı, məşqçilər korpusu da istefaya göndərilib.

Bosniyalı baş məşqçi 2023-cü ilin oktyabrından “şaxtaçılar”ın sükanı arxasında idi.

Donetsk təmsilçisi bu müddətdə 71 rəsmi oyun keçirib, 44 qələbə qazanıb, 13 heç-heçə edib və 14 dəfə məğlub olub. Topların nisbəti 139:71-dir.

Puşiçin rəhbərliyi altında “Şaxtyor” 2023/2024 mövsümündə "qızıl dubl" edib, 2024/2025 mövsümündə isə Ukrayna futbolu üçün rekord olan, tarixində 15-ci ölkə kubokunu qazanıb.

Lakin Donetsk təmsilçisi Premyer Liqada "Dinamo Kiyev" və "Aleksandriya"nı özündən irəli buraxaraq, 3-cü yeri tutub və XXI əsrdə ilk dəfə Çempionlar Liqasından kənarda qalıb. Bu isə onunla yolların ayrılmasını şərtləndirib.

Onu Türkiyənin “Eyüpspor” komandasının baş məşqçi postundan ayrılan Arda Turanın əvəzləyəcəyi gözlənilir.

Marino Puşiç 2015-ci ilin fevralından iyununa qədər “Şamaxı”nın (keçmiş “İnter”) məşqşisi olub. O, komandada Kaxaber Tsxadadzenin köməkçisi kimi çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!