
Premyer Liqa iştirakçıları arasında sponsorsuz fəaliyyət göstərən yeganə klub «Şamaxı»dır.
Dövlətin ayırdığı maliyyə hesabına ayaqda qalan «şirlər» 3 ildir ki, əlavə dəstəkdən məhrumdur.
Şirvan təmsilçisinin bu intizarı tezliklə başa çata bilər. Bunun üçün mövcud rəhbərliyin dəyişməsi mütləqdir.
Ölkə xaricində böyük biznesi olan azərbaycanlı iş adamlarından biri «Şamaxı»nı himayəsinə götürməyə hazırdır. Hələlik adını açıqlamaq istəmədiyimiz biznesmen iddiasını ortaya qoyub.
O. iddialı klub quracağına dair vəd verib, ayıracağı büdcəni bəlirləyib. Şəxsin yeganə istəyi «Şamaxı»nın bütün səhmlərinin ona pulsuz verilməsidir.
Başqa sözlə, hər şeyi yenidən - sıfırdan qurmağı planlaşdırır. Adamın qarşıdakı 3 ildə yeni stadion tikmək, baza qurmaq, akademiya yaratmaq kimi niyyəti də var. Kontakt qurulub.
Dəyişikliyin baş verməsi hazırkı idarəçilərdən asılıdır. İmkansızlıqdan şikayətlənən, şəxsi büdcələrindən pul xərcləmək istəməyən kəslər vəzifədən getməyə razılaşsalar, «Şamaxı»nın siması 180 dərəcə dəyişəcək.
SPORTİNFO.AZ