İllər öncə dünyasını dəyişmiş məşqçinin oğlu icarəyə verildi

30 May 2025 02:00 Şamaxı 794
İllər öncə dünyasını dəyişmiş məşqçinin oğlu icarəyə verildi

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi “Qəbələ”dən Emil Süleymanovu icarə əsasında heyətinə qatıb. 21 yaşlı yarımmüdafiəçi növbəti mövsümü "Şamaxı"da keçirəcək.

O, “Qəbələ”nin sabiq məşqçisi, 13 il öncə ürəktutmasından dünyasını dəyişmiş Eldəniz Süleymanovun oğludur.

"Şamaxı" daha əvvəl Vasiliye Bakiç, Brahim Konate, Vasiliye Radenoviç və Leroy Mikelslə yollarını ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti