Ölkəmizdən ayrılan legionerlərin sayı yenə artdı

29 May 2025 23:20 Şamaxı 779
Ölkəmizdən ayrılan legionerlərin sayı yenə artdı

"Şamaxı" Vasiliye Radenoviç ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı serbiyalı müdafiəçi ilə müqavilə müddətinin başa çatdığı bildirilib.

Klub Radenoviçə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Radenoviç ötən ilin yayından "Şamaxı"da oynayırdı.

"Şamaxı" daha əvvəl Vasiliye Bakiç, Brahim Konate və Leroy Mikelslə də yollarını ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti