
"Şamaxı"nın kapitanı Kamal Bayramovun peşəkar futbolçu karyerasını başa vurmasını xəbər vermişdik.
O, bundan sonra da işinə futbol sahəsində davam edəcək.
Bu dəfə məşqçi kimi.
Yeni iş yeri də böyük ölçüdə məlumdur.
40 yaşlı qapıçı futbolçu karyerasını başa vurduğu "Şamaxı"da qalacaq.
Baş məşqçi Ayxan Abbasov Kamalı məşqçilər korpusunda görməkdə maraqlıdır.
Özü də qapıçılar üzə məşqçi yox, məhz köməkçi məşqçi kimi.
Kamal Bayramov karyerası ərzində "Neftçi", "Muğan", "Turan Tovuz", "Xəzər Lənkəran", "Rəvan", "Araz-Naxçıvan", AZAL, "Zirə", "Səbail" və "Şamaxı"da çıxış edib.
XANOĞLAN / SPORTİNFO.AZ