Kapitanı ayrılıq qərarını verməyə nə məcbur edib? - KONKRET SƏBƏB!

28 May 23:00 Şamaxı 575
Kapitanı ayrılıq qərarını verməyə nə məcbur edib? - KONKRET SƏBƏB!

“Şamaxı” daha bir futbolçu ilə ayrılığın anonsunu verdi.

Başa çatan mövsümdə bölgə təmsilçinin kapitan sarğısını daşımış Leroy Mikels karyerasını başqa klubda davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, müqavilənin yenilənməməsini almaniyalı futbolçunun özü istəyib.

Niyə?

Şamaxı klubunun çempionatın ən az büdcəyə sahib olmasına görə.

Mikels yaxşı dərk edir ki, ona maraq göstərən klubların ən zəif büdcəlisi belə, “Şamaxı”dan daha üstün maaş təklif edəcək.

Bölgə təmsilçisi yeni sponsor tapsaydı və hədəflıərində müəyyən dəyişiklik olsaydı, Leroy kollektivi tərk etməyəcəkdi.

Lakin indiki vəziyyətdə görünən budur ki, “şirlər” növbəti mövsümdə U-21-in bazasını təşkil edeəcək. Başqa cür desək, eksperiment meydanını xatırladacaq.

Hədəfsiz komandada qəpik-quruşa oynamağı özünə rəva bilməyən 29 yaşlı futbolçu digər variantları dəyərləndirməyi üstün tutub.

Leroy 2024/25 mövsümündə meydana çıxdığı 24 oyunda 5 qol və 4 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti