
«Şamaxı» yeni mövsümün transfer çalışmalarına sürət qatıb.
Gəncləşmə siyasətinə keçid edən «şirlər» artıq üçüncü keçidi reallaşdırıb.
«Neftçi»dən Həbib İsmayılovla anlaşma əldə olnub.
Son olaraq «ağ-qaralar»ın əvəzedici komandasının formasını geyinmiş 22 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanması nəzərdə tutulub.
Şirvan təmsilçisi ondan öncə «Səbail»dən Emil Rüstəmov və «Qəbələ»dən Emil Süleymanovu rənglərinə bağlayıb.
SPORTİNFO.AZ