Komandanın lideri gedişini bu cür AÇIQLADI: “Biz gözlənilməzi etdik”

28 May 09:00 Şamaxı 507
Komandanın lideri gedişini bu cür AÇIQLADI: “Biz gözlənilməzi etdik”

"Şamaxı"nın kapitanı Leroy Mikels komandadan ayrılıb.

Sportinfo.az xəbər verir ki, almaniyalı hücumçu bununla bağlı İnstaqram hesabında paylaşım edib.

30 yaşlı legioner komanda ilə vidalaşıb:

“Yaxşı mövsümü arxada buraxdıq. Biz gözlənilməzi etdik. Komanda yoldaşlarıma, məşqçilərə, azarkeşlərə təşəkkür edirəm. Bu komandanın kapitanı olmaq şərəf idi. Tezliklə görüşənədək”.

Qeyd edək ki, Mikels 2024-cü ilin yayından “Şamaxı”da çıxış edirdi. Onun müqaviləsi iyununa 30-na qədər idi. O, "Şamaxı"da ümumilikdə 24 oyuna 5 qol vurub, 4 qol ötürməsi edib.

Xatırladaq ki, Leroy Mikelsin qardaşı Coy-Lens Mikels "Sabah"da çıxış edir.

Əlavə edək ki, dünən "Şamaxı" futbolçusu Brahim Konate ilə də yolları ayırdığnı açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti