“Qarabağ”: O, super qol vurdu, Qurban Qurbanovun üzünə təbəssüm qondu - VİDEO

24 May 23:20 Şamaxı 175
“Qarabağ”: O, super qol vurdu, Qurban Qurbanovun üzünə təbəssüm qondu - VİDEO

"Qarabağ" Premyer Liqanın sonuncu - XXXVI turunda səfərdə "Şamaxı"ya qalib gəlib.

Sportinfo.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda "köhlən atlar" minimal hesablı qələbəyə sevinib.

Yeganə qolu Emmanuel Addai (86) rəqibin qapısından keçirib.

Ölkə çempionluğunu rəsmiləşdirən Ağdam təmsilçisi mövsümü 89 xalla lider başa vurub. 36 xala malik "Şamaxı" isə yeddinci sırada yer alıb.

“Şamaxı” - “Qarabağ” 0:1

Qol: Emmanuel Addai, 86
Şamaxı şəhər stadionu, 1800 tamaşaçı
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Zöhrab Abbasov, Tərlan Talıbzadə
Dördüncü hakim: Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: Murad Vəliyev, 35 (qeyri-idman hərəkəti); Vüsal Məsimov, 43 (qeyriidman hərəkəti); Alfons Msanqa, 67 (qeyri-idman hərəkəti) // Kadi Borqes, 37 (hakimin qərarına etiraz); Aleksey Kaşuk, 43 (qeyri-idman hərəkəti); Marko Yankoviç, 67 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.

“Şamaxı”
62. Abdulla Seydəhmədov
14. Vüsal Məsimov
5. Arsen Ağcabəyov
23. Murad Vəliyev
(70. Nicat Xasıyev, 82)
18. Cəlal Hüseynov (k)
6. Rauf Rüstəmli
82. Rüfət Abbasov
24. Edqar Adilxanov
19. Fəxri Məmmədli
(89. Cəfər Muxtarov, 79)
3. Vladislav Veremeyev
33. Alfons Msanqa
(71. Natiq Ağamalıyev, 88)
Ehtiyat oyunçular:
85. Kamal Bayramov
Baş məşqçi: Ayxan Abbasov

“Qarabağ”
99. Mateus Koxalski
13. Bəhlul Mustafazadə
44. Elvin Cəfərquliyev
(29. Marko Veşoviç, 68)
27. Toral Bayramov
90. Nəriman Axundzadə
10. Abdullah Zubir (k)
(11. Emmanuel Addai, 68)
7. Yassin Benzia
8. Marko Yankoviç
(66. Patrik Andrade, 68)
9. Kadi Borqes
(19. Redon Cica, 81)
2. Mateus Silva
21. Aleksey Kaşuk
(22. Musa Qurbanlı, 68)
Ehtiyat oyunçular:
1. Şahrudin Məhəmmədəliyev
97. Fabian Buntiç
55. Bədavi Hüseynov
30. Abbas Hüseynov
81. Kevin Medina
Baş məşqçi: Qurban Qurbanov

Digər Xəbərlər
Xəbər Lenti